Xəbər lenti

Az.TV-də daha bir dəyişiklik: Baş redaktor müxbir oldu
Ölkə05:29 06.08.2015

Az.TV-də daha bir dəyişiklik: Baş redaktor müxbir oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində daha bir nəfər vəzifəsindən uzaqlaşdırılıb. 
QSC-dəki etibarlı mənbələrdən aznews.az-a daxil olan məlumata görə Az.TV-nin Hərbi Vətənpərvərlik redaksiyasının baş redaktoru Firuz Kazımoğlu vəzifədən çıxarılıb. 
Qurumun sədri Arif Alışanov F.Kazımoğlunu radionun Xəbərlər redaksiyasında müxbir vəzifəsinə təyin edib. Lakin onun baş redaktorluqdan uzaqlaşdırıldıqdan sonra işə gəlmədiyi bildirilir.
Hərbi Vətənpərvərlik redaksiyasının boş qalmış baş redaktorluq postuna isə həmin redaksiyanın rejissoru Əlimürsəl Hacızadə gətirilib.
Qaynar.info