Xəbər lenti

AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı açıqlama (YENİLƏNİB)
Ölkə08:48 03.09.2020

AzTV-dən departament müdirinin işdən çıxarılması ilə bağlı açıqlama (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Televiziyasının (AzTV) reklam departamentinin müdiri Süleyman Məmmədov işdən çıxarılmayıb.
Bu barədə Oxu.Az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva açıqlama verib.
Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Bəzi saytlarda S.Məmmədovun guya reklam pullarını mənimsəməsi səbəbindən vəzifəsindən azad olunduğuna dair məlumatlar dərc edilib. Bu doğru deyil. S.Məmmədov işdən ayrılmaq istədiyi ilə bağlı fikirlərini bildirib, amma rəsmi olaraq bu barədə heç bir qərar verilməyib. Bu şəkildə qeyri-dəqiq informasiyaların yazılması təəssüf doğurur”.
 ***12:40
Azərbaycan Televiziyasının (AzTV) reklam departamentinin müdiri Süleyman Məmmədov işdən çıxarılıb.
Qaynarinfo BakuPost-a istinadən xəbər verir ki, onun işdən çıxarılmasına səbəb kimi reklam pullarını mənimsəməsi göstərilir.
Qeyd edək ki, beş ay əvvəl bu vəzifəyə təyin edilən S.Məmmədov AzTV sədri Rövşən Məmmədovun ən yaxın kadrlarından biri hesab olunurdu.