Xəbər lenti

AZTV-nin 16 yaşlı solisti tələbə oldu (FOTOLAR)
Ölkə06:04 14.08.2017

AZTV-nin 16 yaşlı solisti tələbə oldu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli tələbə adını qazanıb.

Bu barədə ölkə.az-a gənc xanəndənin atası, tanınmış şair, professor Vüqar Əhməd məlumat verib:

"Qızım Azərbaycan Milli Konservatoriyasının solo oxuma fakültəsinə daxil olub. Çox sevincliyəm. Almaxanımın uğurlarına sevinməyə bilmərəm. Çünki o, bütün uğurlarını öz zəhməti hesabına əldə edib. Gecə-gündüz məşqlər, çəkdiyi zəhmət nəhayət ki bəhrəsini verdi. Qızımın müəllimi, əməkdar artist Təyyar Bayramovu da təbrik edirəm".

Qeyd edək ki, Almaxanım Əhmədli AZTV-nin də solistidir. Bu ayın 18-də Almaxanımın 16 yaşı tamam olur.

Qaynarinfo.Az