Xəbər lenti

AzTV-nin "əməkdaşı" marketdə yaxalandı (VİDEO)
Ölkə14:50 01.09.2021

AzTV-nin "əməkdaşı" marketdə yaxalandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağdam rayonunda özünü AzTV əməkdaşı kimi təqdim edərək market rəhbərliyindən pul tələb edən şəxs saxlanlılıb.
Qaynarinfo Publika.az-a istinadla xəbər verir ki, Ağdamın Quzanlı qəsəbəsində yerləşən "Ağdam" marketə gələn və ağzında AzTV loqosu olan şəxs marketin guya antisanitar şəraitdə olması, işçilərin sanitar qaydalara düzgün əməl etməməsini bildirərək rəhbərlikdən pul tələb edib. Bu zaman market nümayəndələri polis çağırıblar və həmin şəxs saxlanılıb.
Məlum olub ki, reketliklə məşğul olan şəxs AzTV əməkdaşı deyil. O, daha əvvəl Ağcabədinin Hindarx qəsəbəsində də oxşar yolla marketlərdən 50 manat alıb.
Araşdırmalar davam etdirilir.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/LnMXttYwgSU" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">