Xəbər lenti

AzTV-nin İctimaiyyətlə əlaqələr şöbəsi ona həvalə olundu
Ölkə18:10 11.03.2019

AzTV-nin İctimaiyyətlə əlaqələr şöbəsi ona həvalə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatlarının tərkib hissəsi kimi Mətbuat xidməti ləğv edilərək, əvəzində Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq yeni yaradılan şöbəyə təyinat olub.
Vəzifəyə jurnalist Mübariz Aslanov gətirilib. M.Aslanov bu gündən vəzifəsinin icrasına başlayıb
AzTV-nin baş redaktoru Azər Qismət Modern.az-a faktı təsdiqləyib. (Modern.az)
Qeyd edək ki, M.Aslanov uzun müddət APA və Report-da fəaliyyət göstərib.