Xəbər lenti

AzTV-nin yeni sədri Xatirə Qasımı işdən çıxardı, yeni şöbə yaratdı
Ölkə11:00 11.03.2019

AzTV-nin yeni sədri Xatirə Qasımı işdən çıxardı, yeni şöbə yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) aparılan kadr islahatları davam edir.
Daha bir dəyişikliklə Xatirə Qasım AzTV-nin mətbuat katibi vəzifəsindən azad edilib. X.Qasım dəyişikliyi modern.az-a təsdiqləyərək, yeni vəzifəyə keçirildiyini bildirib: "Televiziya və Radio Akademiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri təyin olunmuşam”.
X.Qasım qeyd edib ki, onun daha əvvəl vəzifə tutduğu strukturda da dəyişiklik edilib: "AzTV-də mətbuat xidməti ləğv edilib, əvəzində Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb”.
AzTV-dən verilən məlumata görə, hələlik Sosial media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə yeni təyinat olmayıb.