Xəbər lenti

Azyaşlı qız 6-cı mərtəbədən yıxıldı
Ölkə08:32 17.08.2013

Azyaşlı qız 6-cı mərtəbədən yıxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 16-da Sumqayıt şəhərində faciəvi hadisə baş verib. Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Zərdab rayon sakini, azyaşlı Arzu Daşdəmirova Sumqayıt şəhərində qonaq olduğu dayısı Rahil Abdulovun yaşadığı 9 mərtəbəli binanın 6-cı mərtəbəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Daha bir azyaşlı Abşeron rayonunda bədbəxt hadisənin qurbanı olub. Mehdiabad qəsəbə sakini, azyaşlı Nəcməddin Malaçinov evlərinin həyətindəki su hovuzuna düşərək boğulub. Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Qaynar.info