"Bu statistika yalnız rəsmi qeydiyyata alınmış şəxsləri özündə əks etdirir, amma əsas məsələ qeydiyyata düşməyənlərin siyahısıdır”. Bunu
Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 17 yaşda nikaha daxil olanların statistikasından danışarkən deyib.
Onun sözlərinə görə, 17 yaşda qeyri-rəsmi nikaha daxil olanların sayıhısı statistikadan kənarda qalır:
"Gəlin, bunu bölgələrə bölməyək. Bu gün statistika açıqlanır. İcra hakmiyyətinə müraciət etmədən qeyri-rəsmi ailə quranlar da var. Əgər bunların da adları siyahıya salınsa, görün nə boyda qərəm alına bilər. Hamı deyir ki, maarifləndirmə, bu kiminlə, necə və harada aparılmalıdır? Bununla bağlı iş aparılmalıdır”.
Sədr hesab edir ki, bu bir bölgənin deyil, bütün ölkənin problemidir. "2022-ci ildə bizə saysız-hesabsız müraciətlər olub, neçə toyun-nişanın qarşısını almışıq. Bunların hər biri proflatik işlərin nəticəsidir”,- deyə Kəmalə Ağazadə vurğulayıb.
Ekspertin fikirincə, 2023-ci ilin statistikasında bu rəqəmlərdə azalma müşahidə olunacaq.
Qeyd edək ki, Azərbaycanda 17 yaşda nikaha daxil olma hallarının ən çox qeydə alındığı rayonların siyahısı açıqlanıb. Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən il üzrə şəxslərin bu yaşda rəsmi nikaha daxil olması halı ən çox Şəmkir rayonunda qeydə alınıb. Burada 2022-ci il ərzində həmin yaşda 18 nəfərin rəsmi nikahı qeydə alınıb. Belə ki, Ağcabədi rayonunda 17 nəfər, Sabirabad rayonunda 15 nəfər, Yevlax rayonunda 14 nəfər, Ağdaş və Ağsu rayonlarının hər birində 11 nəfər və Samux rayonunda isə 10 nəfər 17 yaşda rəsmi nikaha daxil olub.
Bahar Rüstəmli