Xəbər lenti

Baba olacağını eşidən kişinin reaksiyası - VİDEO
Ölkə06:48 29.04.2014

Baba olacağını eşidən kişinin reaksiyası - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baba olacağını eşidən kişinin sevinci internetin yeni fenomeni olub. 

Anspress-in məlumatına görə, videoda hamilə olması barədə xəbəri eşidən qızı amerikalı yaşlı kişiyə bir qutu hədiyyə edir. Qutunu açan kişi orada əmzik görüb. Əvvəlcə nə baş verdiyinin fərqinə varmayan kişi qızına "bu sənin əmziyinə necə də bənzəyir" deyir. 

Daha sonra qızı Cesika Hayki atasından əmziyə bağlanmış qeydi oxumasını deyir. Kağızda "tezliklə bab olacaqsan" sözlərini oxuyan kişi emosiyalarını gizləyə bilməyib. Onun uşaq adını eşidən kimi gözləri yaşarıb, sevincindən nə edəcəyini bilməyib. 

Bundan sonra qızı hamiləliyin 10-cu həftəsində olduğunu deyib. Qısa müddət ərzində bu videonu 10 milyondan çox insan izləyib. 

Qaynar.info