Xəbər lenti

Babadağda itkin düşən şəxsin meyiti belə axtarılır (VİDEO)
Ölkə12:58 09.08.2022

Babadağda itkin düşən şəxsin meyiti belə axtarılır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun axtarışları davam etdirilir.
Bu barədə Qaynarinfo-ya FHNin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar. Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur.
Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.
Əlavə məlumat veriləcək.