Xəbər lenti

Babək prospektində su xətti partladı
Ölkə13:14 07.06.2019

Babək prospektində su xətti partladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Babək prospekti 56 ünvanında (Maşın bazarının yaxınlığı) yolun altından keçən və "Azərsu” ASC-nə məxsus su xəttində qəza baş verib.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli məlumat verib.
A.Nəcəflinin sözlərinə görə, baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılıb:
"Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş edilir”.