Xəbər lenti

Bağçaya qəbul da elektron qaydada olacaq
Ölkə19:52 23.12.2021

Bağçaya qəbul da elektron qaydada olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Birinci sinfə qəbul, məktəbəqədər təhsilə qəbul, o cümlədən, şagird yerdəyişməsi ilə bağlı elektron sistemlər mövcuddur. İnandığım budur ki, bunu qısa müddətdə məktəbəqədər təhsilə də tətbiq etmək mümkündür”.
Qaynarinfo xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.
"İkinci məsələ tərbiyəçilərin işə qəbulu məsələsidir. Burada da müəllimlərin işə qəbulu mexanizminə bənzər mexanizmin olması vacibdir. Düşünürəm ki, növbəti ildən başlayaraq bu mexanizmləri tətbiq edə biləcəyik.
O cümlədən, məktəbəqədər təhsil müəssisələrinin rəhbər şəxslərinin müsabiqə əsasında işə qəbulu olduqca vacib məsələdir”, - nazir qeyd edib.