Xəbər lenti

Bacısını qoruyan əlil döyüldü - Bakıda
Ölkə16:58 17.08.2015

Bacısını qoruyan əlil döyüldü - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nərimanov rayonunda 2-ci qrup əlil zorakılıqla üzləşib. 
Qaynar.info teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Z.Xəlilov küçəsində qeydə alınıb.  Məlumata görə, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Akif Əliyev (xəbərdə qeyd olunan ad və soyadlar şərtidir-red.) bacısı, 1966-cı il təvəllüdlü Samirə Verdiyevanın evində zorakılıqla üzləşib. O, bacısının qonşusu, 1992-ci il təvəllüdlü Mustafa Vəliyev tərəfindən döyülüb.  
Samirə Verdiyeva qardaşının döyülməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə şikayət edib. Polis onun şikayəti əsasında araşdırma aparır.  
Bildirilir ki, hadisə avqustun 14-də, gecə saat 00.30 radələrində baş verib. 23 yaşlı oğlan Samirə Verdiyevaya sataşıb. Bunu görən Akif Əliyev Mustafa Vəliyevlə mübahisə edib. Mübahisə zamanı 2-ci qrup əlil olan Akif Əliyev döyülüb.
Qaynar.info