Xəbər lenti

Bacısının başını kəsən qızla bağlı ekspertiza təyin olundu
Ölkə16:19 11.11.2014

Bacısının başını kəsən qızla bağlı ekspertiza təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda bacısının boğazını kəsərək öldürən Pərvanə Nuriyeva ilə bağlı məhkəmə-psixatrik ekspertiza təyin olunub. Bu barədə axar.az-a daxil olan məlumata görə, bacısı Günel Nuriyevanı öldürən P.Nuriyevanın psixiatrik vəziyyəti öyrəniləcək. 
Bu ekspertiza onun gələcək müqəddəratını müəyyən edəcək. Əgər ekspertiza zamanı P.Nuriyevanın cinayəti törədərkən güclü ruhi həyəcan keçirdiyi müəyyən edilsə, məhkəmə onun barəsində məcburi müalicəyə göndərmək hökmü çıxaracaq. 
Qeyd edək ki, əslən Şəkidə olan bacılar Bakıda musiqi təhsili alırdı. P.Nuriyeva ilkin ifadəsində bacısının lesbiyan olduğunu, evə qadınlar gətirdiyini deyərək onu bu yoldan çəkindirməyə çalışdığını söyləyib. Onun dediyinə görə, bacısı bu xəbərdarlıqlara məhəl qoymadığı üçün onu öldürüb. İkinci açıqlamada isə yuxuda ona hökm gəldiyini və ona görə oyanıb bacısının başını kəsdiyini bildirmişdi.
Qaynar.info