Xəbər lenti

Badamdarda sürüşmə sahəsində çatlar genişlənir
Ölkə15:05 17.10.2018

Badamdarda sürüşmə sahəsində çatlar genişlənir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Badamdarda sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən ərazidə gərginlik davam edir.
Gün ərzində yağan yağış sürüşmə sahəsində uçqun və töküntü proseslərinin dinamikasında artıma səbəb olub.
Sürüşmə sahəsinin sağ və sol hissələrində çatların genişlənməsi və irəliləməsi qeydə alınıb.