Xəbər lenti

Badamdarda sürüşmənin alt hissəsində yeni çatlar qeydə alınıb
Ölkə11:58 23.11.2018

Badamdarda sürüşmənin alt hissəsində yeni çatlar qeydə alınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
23 noyabr  2018-ci il tarixində Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Qaynarinfo xəbər verir ki, son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində  asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib. Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb.
Monitorinqlər davam etdirilir.