Xəbər lenti

 Badamdarda torpaq sürüşməsi baş verən əraziyə FHN cəlb edildi (FOTO/YENİLƏNİB)
Ölkə18:50 28.01.2021

Badamdarda torpaq sürüşməsi baş verən əraziyə FHN cəlb edildi (FOTO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
28 yanvar 2021-ci il tarixində saat 21:05-də Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, dərhal əraziyə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələri, eləcə də xilasedicilər cəlb edilib, ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb, müvafiq dövlət orqanları məlumatlandırılıb. İlkin baxış zamanı ətrafdakı yaşayış evlərinə ziyan dəymədiyi müəyyən edilib.
Əlavə məlumat veriləcək.
 ****
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenidən sürüşmə olub.
"Report"un xəbərinə görə, sürüşmə nəticəsində yaxınlıqdakı restorana ziyan dəyib.
Hazırda aidiyyətli qurumların əməkdaşları sürüşmə baş verən ərazidədir.