Xəbər lenti

Siyasət 13:00 28.02.2024

Bağlı qapılar arxasında sülh danışıqları: Berbok Bayramov və Mirzoyanla görüşəcək

Almaniyanın xarici işlər naziri Annalena Berbok çərşənbə və cümə axşamı Berlində azərbaycanlı və erməni həmkarları ilə ikitərəfli və üçtərəfli danışıqlar aparacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Euractiv" nəşri yazır.

Almaniya indi iki dövləti barışdırmaq üçün növbəti cəhdə rəhbərlik edir. Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, Almaniya və Avropa sülh sazişini dəstəkləmək üçün mümkün olan hər şeyi etməyə hazırdır.

Almaniyanın xarici işlər naziri Annalena Berbok, Ermənistanın XİN başçısı Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar bağlı qapılar arxasında keçiriləcək.

Berlinin danışıqlarda iştirakı noyabr ayında Berbok hər iki ölkəyə sülh danışıqlarını dəstəkləmək təklifi ilə səfər etdikdən sonra başlayıb. Berbokun təklifindən sonra kansler Olaf Şolts iki həftə əvvəl Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransı zamanı qısa üçtərəfli görüş təşkil edib.

Almaniya hökumətinin sözçüsü sonradan bildirib ki, hər iki tərəf mövcud fikir ayrılıqlarını yalnız sülh yolu ilə və güc tətbiq etmədən həll etməyə razılaşıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->