Xəbər lenti

Bahalaşma xəbərdarlığı: bu il meyvə qıt olacaq
Ölkə13:41 30.04.2013

Bahalaşma xəbərdarlığı: bu il meyvə qıt olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bitkilərin çiçəkləmə dövründə yağmurlu hava şəraitinin müşahidə olunmasının məhsuldarlığa təsiri geniş müzakirə və narahatlıq mövzusudur. 

Bu narahatlığın miqyasını müəyyənləşdirmək məqsədi ilə Elmi Tədqiqat Bağçılıq və Suptropik Bitkilər İnustutunun mütəxəsisləri meyvə bağlarına baxış keçirib. Reydlər zamanı müəyyən olunub ki, hava şəraiti bəzi ağacların məhsuldarlığına 5-10 faiz mənfi təsir göstərib.

Elmi Tədqiqat Bağçılıq və Suptropik Bitkilər İnustutunun Elmi İşlər Üzrə Direktor müavini Mədət Qurabnovun fikrincə, tumlu və çəyirdəkli məhsuldarlarda yağmurlu hava 5-10 faiz nisbətində təsir edəcək: “Çəyirdəklilərdən gavalı, albalı və şaftalıda bu rəqəm bir az da çox, 15-20 faizi təsir göstərib. Ən çox ziyan görən çəyirdəklilərdən ərik ağacları olub – 75-80 faiz. /Aznews.az/

Qaynar.info