
"Rəsmilərin apardığı təbliğat budur ki, dərman prepaparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində qiymətlərdə kəskin ucuzlaşma var. Amma bahalaşmanın lideri məhz dərman vasitələridir".
Qaynarinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Rövşən Ağayev bildirib ki, ayrı-ayrı dərmanların qiymətlərində ucuzlaşma ola bilər: "Amma rəsmi statistikaya görə, ərzaq və qeyri-ərzaq malları içərisində bahalaşmanın lideri məhz dərman vasitləridir. Statatistika Komitəsinin məlumatına görə, bu ilin 7 ayında dərmanların qiyməti son 1 ildə 34%, tibbi təyinatlı digər məhsullar 24% bahalanıb".
Ekspert qeyd edib ki, tibbi sığorta sistemi çalışmadığından müalicə və sağlamlığın qorunması ilə bağlı xərclərin real səviyyəsi ailə büdcəsində kifayət qədər yüksəkdir.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az