Xəbər lenti

Bahar Azərbaycana saat necədə gələcək?
Ölkə06:18 18.03.2017

Bahar Azərbaycana saat necədə gələcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il bahar Azərbaycana martın 20-də qədəm qoyacaq. Baharın gəlişi Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.
"Qaynar" istipress-ə istinadən xəbər verir ki, AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bu barədə məlumat verib. Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək.
Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.
Qeyd edək ki, fevralın 21-i Azərbaycanda ilk çərşənbə, martın 14-ü isə axır çərşənbə qeyd edilib.
Qaynar.Az