
Bu kainatı idarə və tasarruf edən Mutasarrıfı Zişan olan Allah, hər əsrdə, hər ildə, hər gündə bu dar, müvəqqəti olan yer kürəsində Haşr-i Əkbərin, yəni öldükdən sonra dirilmənin və meydan-ı Qiyamətin həddindən çox misallarını və nümunələrini və işarətlərini icad edir.
Misal üçün; Bahardakı oyanışdan görünür ki, beş-altı gün ərzində kiçik və böyük heyvanların və bitkilərin üç yüz mindən çox növlərini həşr edib, dirildib hər tərəfə yayır. Bütün ağacların, otların köklərini və bir qisim heyvanları eyni keçən illərdə olduğu kimi dirildib, həyata qaytarır. Başqalarını əvvəlkinə çox bənzəyən bir surətdə, misliyyət surətində yaradır.
Halbuki, maddə etibarıyla fərqləri çox az olan kiçik-kiçik toxumlar, torpaq altında o qədər qarışıq olduqları halda, heç biri biri-birinə qarışmadan, hər toxum, hansı bitkinin toxumudursa ona görə seçilib ən mükəmməl şəkildə ayrıca önəm verilərək, çox sürətlə və geniş, əhatəli və asanlıqla ən mükəmməl intizam və ölçülü olaraq altı gün və ya altı həftə ərzində həyatlandırılırlar.
Heç qəbul etmək olarmı ki, Bu işləri görən bir Zata, qudrət sahibinə hər hansısa bir iş ağır gəlsin? Göyləri və yeri altı gündə yarada bilməsin! Və insanı bütün əməl dəftəri ilə birlikdə təkrar diriltməkdən aciz olsun! Mümkün deyil. Belə bir qudrətə, heç bir iş ağır gəlməz.
Və yaxud, bir şəxs bir gün içində, heç yoxdan təzə bir intizamlı ordu təşkil etdiyi halda, buna şahid olan biri desə ki: “ O ordunu təşkil edən Şəxs bir şeypur səsiylə “dağıl” əmriylə istirahət üçün dağılmış olan əsgərləri toplayıb nizamlı taburlar halına gətirəcək : “Sən desən ki: “ İnanmaram, mümkün deyil!”, Nə qədər ağılsız və axmaq bir hərəkət olduğunu başa düşərsən.
Eyni bu misal kimi də, həm heçdən, yoxdan, yenidən, təzə olaraq ordu tərzində olan bütün həyat sahiblərinin (bitkilər, heyvanlar, insanlar) bütün cəsədlərinin taburlarında mükəmməl intizamla, zərrələri əmri “Kun fəyəkun”, yəni sadəcə bir “Ol” əmriylə qeyd edib yerləşdirən, ordular icad edən Zat-ı Zülcəlal, Cəlal olan Allah; hərəsi bir tabura bənzəyən cəsədin nizamı altına girməklə, “Bir-birini yaxşı tanıyan bədənin əsasını təşkil edən zərrələri, əsl əczaları, üzvləri bir əmri ilə toplaya bilməz” deyilməz.
Çünki Allah elə bir Qudrət sahibidir ki, gözümüzün önündə gördüyümüz bu qədər təkrar dirilmək nümunələrini göstərdiyinə görə, bir insanı da təkrar diriltmək onun gücünə ağır gəlməz. Hətta Onun üçün ən asan iş budur.
Vəlhasil: Haşrə, təkrar dirilməyə mane olacaq heç bir şey yoxdur. Əksinə onu iktiza edən, lazım bilən isə, hər şeydir.
Demək, dünyada bundan daha doğru bir xəbər, daha sağlam bir dava, bir iddia, daha açıq görünən bir həqiqət ola bilməz.
Beləliklə, şübhə ola bilməz ki, dünya bir əkin yeridir, məzraadır. Məhşər isə, Həşir meydanı (təkrar diriləcəyimiz meydan) isə bir xırman yeridir. Cənnət və Cəhənnəm isə yaxşı və pis məhsulların yığılacağı anbarlardır, mahzənlərdir.
Qaynar.info