Ali təhsilin bakalavr pilləsi üzrə yeni ixtisasların adları açıqlanıb. Onların arasında data analitikası, qida texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, proqram təminatı mühəndisliyi, qidalanma və dietologiya, xüsusi pedaqogika kimi ixtisaslar var.
Təhsil eksperti Elçin Əfəndiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, baş nazirin qərarı əsasında artıq ixtisasların təsnifatı müəyyənləşib:
"Bakalavr pilləsində təsnifata baxsaq görərik ki, yuxarıda qeyd edilən ixtisaslar yeni yaradılıb. Hazırda əmək bazarında bu ixtisaslara təlabat var. Bu nöqteyi-nəzərdən, artıq bakalavr pilləsində bu ixtisasların açılmasına qərar verilib. Onların arasında data analitikası ixtisası magistratura pilləsində yer alırdı. Artıq onun bakalavr pilləsində olmasına da qərar verdilər".
Elçin Əfəndiyev bəzi ixtisasların açılmasına ehtiyac olduğunu vurğulayıb:
"Kriptovalyuta ilə bağlı mütəxəssis hazırlığı, blokçeyn, süni intelektin bakalavr pilləsində olması görə vacibdir. Eləcə də bir sıra ixtisaslar var ki, onlar müvafiq olaraq bakalavr pilləsində açılmalı və kadr hazırlığı həyata keçirilməlidir. İndi növbəti il üçün adı qeyd edilən ixtisaslara tələbə qəbulu aparılacaq və yəqin növbəti mərhələlərdə digər ixtisasları da görəcəyik".
Ekspert 2026-ci ildə yeni ixtisasların açılacağını diqqətə çatdırıb.
Bahar Rüstəmli
Şərhlər