Xəbər lenti

Bakalavrların nəzərinə!
Ölkə07:25 17.02.2015

Bakalavrların nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Magistraturaya sənəd vermiş bakalavrların nəzərinə!

Qaynar.info-nun məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavrlara müraciət edib. 

Magistraturaya qəbul olmaq istəyən bakalavrlar "İmtahana buraxılış vərəqi" ni çap edə bilərlər. 

Buraxılış vərəqini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvmag/?frm=egov linkinə daxil olmaq kifayətdir. 

Xatırladaq ki, magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılıb. İmtahanda iştirak etmək üçün bakalavr fevralın 3-dən 12-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə(eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PIN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurub, onu özü təsdiq edib. 

İmtahan iki mərhələdə keçiriləcək. Birinci mərhələ fevralın 23-də baş tutacaq. Müvafiq bal toplayaraq ikinci mərhələyə keçənlər isə mayda ikinci dəfə imtahan verəcəklər. 

Qaynar.info