
Magistratura səviyyəsinə ərizə qəbulunun müddəti uzadılıb
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elan olunmuş ərizə qəbulunun müddəti 21 fevral saat 12:00-dək uzadılıb.
TQDK-nın mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, bakalavrlar həmin vaxta qədər elektron ərizələrini doldurub təsdiq etməlidirlər.
Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ərizə qəbulu fevralın 11-də başlayıb və fevralın 20-si saat 17:00-da başa çatmalı idi.
Magistraturaya qəbul imtahanının birinci mərhələsi 2 mart, ikinci mərhələsi 25 may, magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may – 1 iyun tarixlərində keçiriləcək.
Qaynar.info