Nizami rayonu, C.Naxçıvanski küçəsi 10 ünvanında yerləşən "Bakcell Arena” stadionunda oğurluq olub.
Qaynarinfo-nun məlumatına görə, oğurluq hadisəsi stadionda keçirilən futbol oyunu zamanı baş verib.
Belə ki, Adil (şərti) "Bakcell Arena”da dostları ilə birlikdə futbola baxmağa gedib. Ona məxsus olan "Redmi note 8” markalı mobil telefonu oturacağın üzərinə qoyaraq bir qədər qarşıya keçib. Qayıdanda telefonunun oturacağın üzərində olmadığını görüb.
Araşdırma zamanı oğurluğun 2000-ci il təvəllüdlü Cəlilabad rayon sakini Cəfər (şərti) adlı şəxs tərəfindən törədildiyi məlum olub. O, oturacağın üzərinə qoyulmuş "Redmi note 8” markalı mobil telefonu oğurlayaraq, 100 manata satıb.
Məhkəmənin qərarı ilə Cəfər İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1 ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
Əhməd