
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Ulduzum sadiqlik proqramı çərçivəsində Respublikanın vahid dövlət poçt operatoru olan “Azərpoçt” MMC ilə əməkdaşlığa başlayıb.
Artıq Azərpoçtla ən azı 10 AZN məbləğində pul köçürmələri edən hər bir şəxs Ulduzum sadiqlik proqramı tərəfindən şəbəkədaxili danışıqlar üçün pulsuz 5 dəqiqə əldə edəcək.
“Bakcell”dən bonus dəqiqələrini qazanmaq üçün Ulduzum istifadəçisi respublikanın istənilən nöqtəsində yerləşən Azərpoçt ofisinə yaxınlaşaraq, ən azı 10 AZN məbləğində pul köçürməsini həyata keçirməlidir. Bu zaman abunəçi mütləq öz Bakcell nömrəsini Azərpoçt əməkdaşına təqdim etməlidir. Pul köçürməsi həyata keçirildikdən sonra Ulduzum istifadəçisinın təqdim etdiyi Bakcell nömrəsinə 10 rəqəmli kod SMS vasitəsilə göndərilir. Müştəri aldığı 10 rəqəmli kodu 5555-ə SMS vasitəsilə yollayır və 5 dəqiqə abunəçinin təqdim etdiyi nömrənin balansına yüklənilir. Göndərilən SMS-in qiyməti 3 qəpikdir.
Əldə olunan bonus dəqiqələri 3 gün ərzində istifadə oluna bilər. Qeyd edək ki, bu kampaniya 31 dekabr 2015-ci il tarixinə qədər davam edəcək. Kampaniya barədə ətraflı məlumat əldə etmək üçün keçid:
Qaynar.info