
AzNews.az-da gedən ““Bakcell”də dava: Əməkdaşlar müştərilərin yanında əlbəyaxa oldu” başlıqlı yazı ilə bağlı şirkətdən reaksiya gəlib.
“Bakcell”in mətbuat xidmətindən daxil olan açıqlamada bildirilib ki, H.Cavid prospekti 147 ünvanında yerləşən “Bakcellim” ofisində Bakcell Müştəri Xidmətləri Mərkəzi və diller dükanı fəaliyyət göstərir. Mayın 24-də həmin ofisdə baş verən xoşagəlməz hadisə ilə bağlı olaraq Bakcell şirkəti bildirir ki, insident Bakcell əməkdaşları arasında yox, dillerin mağazasının işçiləri arasında baş verib. Hadisənin iştirakçıları bir neçə saniyədən sonra ofisi tərk ediblər və insident Mərkəzin fəaliyyətinə heç bir təsir göstərməyib. İnsidentdə heç bir abunəçi iştirak etməyib. Bakcell şirkəti hadisə ilə bağlı araşdırma aparıb. Diller bildirib ki insidentin yaramasına səbəb olan mağaza əməkdaşları barəsində artıq müvafiq qaydada ciddi tədbirlər görülüb. Bakcell şirkəti yaranmış narahatçılığa görə müştərilərdən üzr istəyir.
Xatırladaq ki, ““Bakcell”də dava: Əməkdaşlar müştərilərin yanında əlbəyaxa oldu” başlıqlı yazı mayın 25-də AzNews.az-da yayımlanıb. Gənc operatorlar müştərilərin gözü önündə bir-birlərinə xəsarətlər yetiriblər və hətta yüksək tonda nalayiq ifadələr işlədiblər.
Qaynar.info