Bakıda qadına qarşı soyğunçuluq edən cibgir motosikletlə kuryerlik edən şəxs tərəfindən zərərsizləşdirilib.
Qaynarinfo-nun məlumatına görə, Nazilə Cəfərova (ad-soyad şərti) Binəqədi qəsəbəsi, DSK adlanan ərazidə yerləşən yaşayış evlərinin arasındakı küçədə olarkən İlkin (şərti) adlı şəxs arxadan yaxınlaşaraq, onun içərisində bir ədəd plastik bank kartı, 550 manat AZN olan pul kisəsini əlindən alıb və hadisə yerindən qaçıb.
Nazilə Cəfərova qışqıraraq kömək ətrafdakılardan kömək istəyib. Bu zaman həmin yerdən keçən kuryer motosikiletlə oğrunu qaçdığı istiqaməydə gedib və onu yaxalayıb.
Əraziyə gələn polis əməkdaşları İlkini saxlayıb və qadına məxsus pul kisəsi geri qaytarılıb.
Məhkəmənin qərarı ilə İlkin Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib və 2 il 11 26 gün həbs cəzası verilib.
Əhməd