Xəbər lenti

Bakı-2015-lə bağlı şok dopinq açıqlaması
Ölkə17:06 10.03.2016

Bakı-2015-lə bağlı şok dopinq açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Keçən il Bakıda keçirilən birinci Avropa Oyunları zamanı 490-a yaxın idmançının meldoniy qəbul etməsi barədə xəbərlər yayılıb. 

Bu barədə Britaniya tibbi jurnalının (BJSM) tədqiqatına istinadən “Reuters” xəbər verib.

Avropa Oyunları zamanı keçirilən 21 idman növündən 15-ində idmançılarda meldoniy aşkar olunub.

Aparılan tədqiqat göstərib ki, yarışlarda iştirak edən 6 min idmançıdan meldoniy qəbul edənlər arasında 13 medalçı və yarışların əksər qalibləri var. Daha 66 nəfərdə həkimlər müsbət testləri aşkar ediblər. Avropa Oyunları zamanı keçirilən 21 idman növündən 15-ində idmançılarda meldoniy aşkar olunub.

"Tədqiqat bu resept preparatının idmançılar arasında geniş və səbəbsiz tətbiq olunmasına diqqət yetirir", - deyə tədqiqatçılar qeyd ediblər.

Britaniya

BJSM qeyd edir ki, tədqiqatın nəticələri Ümumdünya Antidopinq Agentliyinə (WADA) çatdırılıb və bu meldoniyadan istifadəni qadağan etmək qərarına təsir edib.

Qeyd edək ki, meldoniy Şarapova ilə yanaşı daha bir neçə məşhur rusiyalı idmançıda aşkarlanıb. 2016-cı il martın 7-də Rusiyalı tennisçi Mariya Şarapova dopinq-testi keçmədiyini bildirib. Şarapova 10 il ərzində həkimin ona yazdığı mildronat (meldoniy) preparatını qəbul etdiyini qeyd edib. Yanvarın 1-dən meldoniy WADA-nın qadağan edilmiş preparatları siyahısına düşüb.

Mariya

Bundan sonra meldoniya izləri dopinq-sınaq zamanı daha bir neçə idmançıda müəyyən olub. Onların arasında voleybol üzrə Rusiya yığma komandasının üzvü Aleksandr Markin, fiqurist Yekaterina Bobrov, konki sürən Pavel Kulijnikov və şort-trekist Semyon Elistratovda var. (anspress)

Qaynar.info