
Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında ölüm hadisəsi baş verib.
Qaynarinfo.Az Report-a istinadən xəbər verir ki, İraq vətəndaşı, 1953-cü il təvəllüdlü Said İbrahim Məhəmməd aeroportda dünyasını dəyişib. Onun ürəktutmadan öldüyü ehtimal edilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qaynarinfo.Az