Xəbər lenti

Bakı aeroportunda sərnişinlər təyyarədən çıxarıldı
Ölkə18:51 04.06.2016

Bakı aeroportunda sərnişinlər təyyarədən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakıdan Türkiyənin İstanbul şəhərinə uçan sərnişin təyyarəsində problem yaranıb.
Qaynarinfo.az-ın Azvision.az-a istinadən məlumatına görə, təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt gözlənilmədən hərəkət dayandırılıb. Daha sonra bütün sərnişinlər təyyarədən çıxarılıb.
Onlara təyyarədən niyə çıxarılmaları ilə bağlı heç bir açıqlama verilməyib.
“AZAL”ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli faktı təsdiqləyib. Bildirib ki, sərnişinlərdən birinin yaxın qohumu dünyasını dəyişdiyindən həmin şəxs İstanbula getməkdən imtina edib. Bu səbəbdən Bakı-İstanbul reysi bir qədər gecikib:
“Təyyarə uçuşa hazırlaşan zaman sərnişinlərdən biri getməkdən imtina edib. Qaydalara uyğun olaraq həmin sərnişinin yükü geri qaytarılıb. Bununla əlaqədar olaraq sərnişinlər təyyarədən çıxarılıb. Ən qısa zamanda hərəkət bərpa olunub. Heç bir problem qeydə alınmayıb”.
Qaynarinfo.az