Xəbər lenti

Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə çıxır
Ölkə11:07 27.04.2023

Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə çıxır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə göndərilir.
APA-nın əldə etdiyi xəbərə görə onlar - İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudovdur.
Yaş həddi ilə bağlı 3 aydır bu hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları sonuncu işləri yekunlaşdırdıqdan sonra hakimlik səlahiyyətləri sonlandırılacaq.
Qeyd edək ki, İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudov 1958-ci ildə anadan olublar. Bu il onların 65 yaşı tamam olur.
İradə Həsənzadə 12, Məhəmməd Əkbərov 5, İlham Mahmudov 4 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.