
Bakı Apellyasiya Məhkəməsində N!DA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlı haqqında seçilmiş həbs-qəti imkan tədbirini qüvvədə saxlayıb.
Bu barədə məlumatı Qaynarinfo.Az-a vəkil Fariz Namazlı verib.
Vəkilin sözlərinə görə, Elgiz Qəhrəmanlı müstəntiq vasitəsilə məhkəməyə məktub göndərib ki, barəsində seçilmiş həbs qəti-imkan tədbirinə etiraz etmir və məhkəmədə iştirak etmək istəmir.
E. Qəhrəmanı avqustun 12-də dostu ilə günorta saatlarında mülki geyimli şəxslər saxlayıblar. Daha sonra Nərimanov rayon məhkəməsi Elgiz Qəhrəman barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (satış məqsədi ilə külli miqdarda narkotik saxlama) ilə 4 aylıq həbs-qətimkan tədbiri seçib. CM-də qeyd olunur ki, bu maddə ilə ittiham olunan şəxs əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Elgiz Qəhrəmanlı Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılır.
NİDA Vətəndaş Hərəkatı yaydığı bəyanatında bildirir ki, Elgiz Qəhrəman saxta ittihamla həbs olunub. Hərəkat saxta ittihamlarla həbs olunmuş bütün siyasi fəalların qeyd-şərtsiz azad olunmasını tələb edib.
Qaynarinfo.Az