Xəbər lenti

Bakı Apelyasiya Məhkəməsinin hakimi vəfat etdi (FOTO)
Ölkə07:57 13.06.2020

Bakı Apelyasiya Məhkəməsinin hakimi vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Apelyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov dünyasını dəyişib.
Qaynarinfo-nun e-huquq.az-a istinadla verdiyi xəbərə görə, onun bu gün uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, 1955-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olan Əflatun Qasımov 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir müddət müxtəlif vəzifələrdə işlədikdən sonra 1993-cu ildə Xaçmaz Rayon Məhkəməsinə hakim təyin edilib. 2000-ci ildə isə Sumqayıt Hərbi Məhkəməsinə hakim təyin edilib. 2007-2008-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim olub.
Allah rəhmət eləsin.