Xəbər lenti

Bakı-Astara yolunda ağır qəza: Ölən və yaralananlar var - FOTOLAR
Ölkə18:50 26.03.2017

Bakı-Astara yolunda ağır qəza: Ölən və yaralananlar var - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı-Astara yolunun 220-ci km-də ağır yol qəza hadisəsi baş verib.
Milletinsesi.az-ın verdiyi məlumata görə, Bakıdan Astara istiqamətində gedən 44 BZ 448 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı minik avtomobili qarşıdan gələn 15 BN 023 dövlət qeydiyyat nişanlı VAZ 2111 markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində VAZ 2111 markalı avtomobilin sürücüsü ölüb, yanında əyləşən sərnişin isə ağır bədən xəsarəti alıb. “Mersedes” markalı avtomobilin sürücüsü və sərnişinləri olan beş nəfər müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə DYP əməkdaşları gəlib. Araşdırma aparılır.
Qaynar.Az