Bakıda noyabr ayının 23-24-də keçirləcək "Baku World Challenge 2013" yarışının keçirilməsi üçün hazırlıqlar başlayıb. Milli.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən xəbər veriblər.
Məlumata əsasən, hazırda Bayıl qəsəbəsi istiqamətində təhlükəsizlik məqsədi ilə yolların kənarlarına beton bəndlər qoyulur. Analoji işlər Neftçilər prospektində də görüləcək. Beton bəndlər Azadlıq meydanından Bayıl qəsəbəsinə qədər yolların kənarına düzüləcək.