Qurban bayramı ilə əlaqədar Rayonlara əlavə avtobus səfərləri təşkil ediləcək. Bunun üçün ölkə üzrə fəaliyət göstərən 56 avtovağzalda sabahdan gücləndirilmiş iş rejimi elan ediləcək. Bu rejim bayram bitənə kimi yəni avqustun 14-nə kimi davam edəcək.
Bayram ilk günlərində hər zaman olduğu kimi Bakı Beynəlxalq Avtovağzal kompleksində sıxlığın yaşanacağı gözlənilir. Buna qarşı da təbdirlər görülüb əlavə avtobuslar cəlb edilib.
Bayram son günlərində isə müxtəlif rayon və şəhərlərdə olan avtovağzallarda sıxlığın olacağı ehtimal edilir. Üstəlik bayram istirahət günlərinə düşdüyündən və turistlərin sayı artıdığından səfər edənlərin sayında da artımın olacağı gözlənilir.
Dövlət Avtomabil Nəqliyyatı Ximdətindən bildirilir ki, sərnişinlər suni qiymət artımı ilə qarşılaşarlarsa və yaxud avtobusa yer tapmaq da çətinlik çəkərlərsə 012 566 52 58 məlumat mərkəzinə məlumat versinlər.
Növbəti aydan isə sərnişinlər rayon avtovağzallarından Bakıya edilən avtobus səfərləri və qiymətləri barədə online qayda da məlumat əldə edə biləcəklər.
Gələcəkdə isə Bakıdan olduğu kimi bölgələrdən də Bakıya gələn avtobuslara online biletlərin satışını təşkil etmək üçün iş aparılır.