Xəbər lenti

Bakı avtovağzalının yolu bərpa edilir
Ölkə15:19 05.04.2015

Bakı avtovağzalının yolu bərpa edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Biləcəri qəsəbəsində yerləşən Rəşid İsmayılov küçəsində işlər davam etdirilir. Qaynar.info "Azəryolservis" ASC-ə istinadən xəbər verir ki, bazar günü nəqliyyatın azlığı nəzərə alınaraq işlər daha intensiv şəkildə aparılır. 
Uzunluğu 335 metr olan küçənin 235 metr hissəsində 12 metr enində genişləndirilmə işləri həyata keçirilib. Belə ki, həmin hissədə torpaq yatağı yenidən tiikilərək 1 qat asfalt-beton örtük döşənib. Həmin ərazidə yerləşən dairənin diametri 34 metrdən 22 metrə qədər kiçildilib.
Bundan əlavə Avtovağzal istiqamətində deformasiyaya uğramış yerlər yenidən bərpa olunur. Hazırda köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınması işləri aparılır.
Qaynar.info