
Bu gecə saat 00:30 radələrində Bakı Beynalxalq Avtovağzal Kompleksində bıçaqlanma hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Zaqatala rayon sakini Səlim Səfərov mübahisə zəminində Bakı şəhər sakini İlahi Kamilovu bıçaqlayıb. Bıçaqlanan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Binəqədi rayon Polis İdarəsi 40-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi axtarış əməliyyatları nəticəsində Səlim Səfərov tutulub.