Xəbər lenti

Bakı Avtovağzalında yeni xidmət
Ölkə12:43 10.05.2019

Bakı Avtovağzalında yeni xidmət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin köməkçi sahəsində bir neçə müddət öncə fəaliyyətə başlayan Nəqliyyat Qovşağında sərnişinlər üçün yeni xidmət yaradılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla və pulsuz şəkildə daşıya bilər. Arabalar Nəqliyyat Qovşağında onlar üçün nəzərdə tutulan xüsusi yerlərdə yerləşdirilib. Sərnişinlərdən arabaları istifadə etdikdən sonra digər sərnişinlərin də xidmətdən istifadə edə bilməsi üçün təyin olunan yerdə saxlamaları xahiş olunur. Hazırda 20 araba mövcuddur, bir neçə günə sayı artırılacaq.