Xəbər lenti

Bakı Biznes Universitetində də aksiya hazırlığı
Ölkə11:14 27.02.2014

Bakı Biznes Universitetində də aksiya hazırlığı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər Nazirlər Kabinetinin qərarı ilə ali təhsil ocaqlarında kəsirlər üçün kredit sistemini tətbiq etməsi ciddi narazılığa səbəb olub. 

BDU-da bununla bağlı keçirilən etiraz aksiyasından sonra vəziyyətin ciddiyyətini nəzərə alan universitet rəhbərlərinin bir çoxları artıq tələbələrə güzəştə getməli olublar.

JAM.AZ-a verilən məlumata görə, BDU və digərlərindən fərqli olaraq, Bakı Biznes Universitetində kredit sisteminin israrla tətbiq olunmasına və həyata keçirilməsinə çalışılır. Məlumatlarda deyilir ki, rektor İbad Abbasovun göstərişinə əsasən ələ düşən fürsət dəyərləndirilib və qış imtahan sessiyasında universitetdə təhsil alan tələbələrin bir çoxları məqsədli şəkildə kəsidirilib.

Məlumatda vurğulanır ki, məsələdən xəbər tutan tələbələr dünəndən aksiya hazırlıqlarına başlayıb. JAM.AZ-a verilən məlumatlarda qeyd olunur ki, tələbələr rektor və onun apardığı siyasətə etiraz əlaməti olaraq yaxın günlərdə Bakı Biznes Universitetinin qarşısında etiraz aksiyası keçirəcəklərini bəyan ediblər. Bu barədə məlumatlar həm də sosial şəbəkələrdə yayılıb.

Məsələ ilə əlaqədar Bakı Biznes Universitetinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.