Xəbər lenti

Bakı Bulvarı Novruza necə hazırlaşır?
Ölkə18:10 01.03.2016

Bakı Bulvarı Novruza necə hazırlaşır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 19-da Bakıda Dənizkənarı Bulvarda bayram şənliyi keçiriləcək. Bu barədə azvision.az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, bu il keçiriləcək bayram şənliyi əvvəlkilərdən fərqli olacaq: “Mart ayının 19-da səhər saatlarından başlayan bayram konserti axşam saatlarına kimi davam edəcək. Bayramın əsas təşkilatçısı Mədəniyyət və Turizim Nazirliyidir. Bununla bağlı nazirlikdə Təşkilat Komitəsi yaradılıb. Komitəyə Ədalət Vəliyev rəhbərlik edir”. 
N.Məcidovun sözlərinə görə, “Formula -1” yarışları ilə əlaqədar konsertin proqramına dəyişiklik edilə bilər: “Bulvar İdarəsi konsertin təşkil olunmasına köməklik edəcək. Yəni, xüsusi avadanlıqların gətirilməsinə, avtomobillərin, konsert üçün nəzərdə tutulan bəzi əşyaların hazırlanmasına köməklik edəcəyik. Amma konsert proqramında nələr olacaq, hələ ki, bilmirik. Məsələn, keçən il Novruz şənliyi təşkil olunanda Avropa Oyunları ilə bağlı maraqlı proqram təşkil olunmuşdu. Qarşıdan “Formula 1” yarışları gəlir. Ola bilər ki, bu dəfə yarışlara uyğun proqram təşkil olunsun”.
Qurum rəsmisi bayram hazırlığı ilə əlaqədar Bulvarda lazımı işlərin görüldüyünü deyib.
Qaynar.info