Xəbər lenti

Bakı bulvarı Wi-Fi zonası olacaq
Ölkə13:34 13.02.2014

Bakı bulvarı Wi-Fi zonası olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı bulvarının ərazisində internetdən Wi-Fi vasitəsi ilə istifadə təmin ediləcək.

Qaynar.info abc.az-a istinadən bildirir ki, bu haqda məlumatı Nazirlər Kabineti nəzdində fəaliyyət göstərən Sahilyanı Milli Parkın İdarəsindən veriblər.

Hazırda bulvar ərazisində müvafiq avadanlığın quraşdırılması işləri gedir.

“Martda quraşdırma işləri sona çatacaq. Pulsuz Wi-Fi xidmətin əsas məqsədi istirahət edən şəhər sakinlərinə, eləcə də qonaqlara keyfiyyətli xidmətin göstərilməsidir. Bakıda keçirilməsi planlaşdırılan beynəlxalq tədbirlərin fonunda bu məsələnin aktuallığı bir qədər kəskinləşir” – deyə, idarədən bildiriblər.

Qaynar.info