Xəbər lenti

“Bakı bulvarı”nda atışma: 4 yaralı...
Ölkə07:44 27.05.2015

“Bakı bulvarı”nda atışma: 4 yaralı...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvadakı “Bakı bulvarı” restoranında müştərilər arasında yaranan mübahisə atışma ilə nəticələnib.
Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Neverovski küçəsində yerləşən restorandakı insident gecə saat 1 radələrində baş verib. Münaqişə zamanı 4 nəfər – R Mustafayev, R.Bayramov, M.Ramazanov və A.Maqomedov müxtəlif dərəcəli xəsarət alıblar. Onların hamısı Sklifosovski xəstəxanasına yerləşdiriliblər.
İlkin məlumata görə, atəş odlu silahdan açılıb. Polis hadisə yerində araşdırma aparır, insidentin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.
Şahidlərdən birinin sözlərinə görə, atışma restorandan kənarda da olub. Küçədə qara geyimli naməlum şəxslər fəal şəkildə atışıblar.
Qaynar.info