Xəbər lenti

Bakı Bulvarında dəhşət: Uşaq attraksiondan yıxıldı - bir neçə metr yüksəklikdən
Ölkə18:12 16.09.2016

Bakı Bulvarında dəhşət: Uşaq attraksiondan yıxıldı - bir neçə metr yüksəklikdən

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Bulvarında azyaşlı uşaq təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün atraksiondan yıxılıb.

Hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, attraksiondan yıxılan uşaq xəstəxanaya çatdırılıb. Baş nahiyyəsindən xəsarət alan uşağın vəziyyəti yaxşıdır.

Şahidlərin verdiyi məlumata görə, anası ilə Dənizkənarı Milli Parka gələn 2001-ci il təvəllüdlü Məmmədəli Quliyev karuseldə olarkən bir neçə metr yüksəklikdən yerə düşüb. Uşağın yıxılmasının səbəbi kimi təhlükəsizlik kəmərinin bağlanmaması göstərilir.

Uşağın anası Firuzə Şahməmmədova attraksionda çalışanların məsuliyyətsizliyə yol verdiklərini və buna görə də polisə müraciət edəcəyini bildirib. 

Qaynarinfo.Az