
Bu gün Bakının Səbial rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.
“Ölkə.Az” xəbər verir ki, hadisə Şıxov yaxınlığında bulvar ərazisində qeydə alınıb. Günorta saatlarında 20 yaşlı qız özünü dənizə atıb. Hadisə insanların gözü qarşısında olub. Dərhal əraziyə xilasedicilər cəlb olunub. Bulvar əməkdaşları və xilasedicilər gənc qızı dənizdən çxıarıblar.
Həyatı xilas olunan qız həyatda yaşamaq istəmədiyini deyib. İntiharın dəqiq səbəbləri məlum olmasa da, ilkin ehtimala görə, hadisə nakam sevgi üzündən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.Az