Qaynar.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi intihar etmək məqsədilə özünü dənizə atıb.
Dərhal hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Qaynar.info