
Bakının Xəzər rayonunda bir nəfər dənizdə batıb.
Xəzər rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 17:23 radələrində Şüvəlan çimərliyində baş verib.
Belə ki, çimərlikdə əylənənlər dənizdə kişi meyiti aşkarlayıblar. Dərhal hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Xilasedicilər meyiti sudan çıxarıblar. Araşdırmalar zamanı məlum olub ki, dənizdə boğulan 62 yaşlı Malik Səfərovdur.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info