Xəbər lenti

Bakı Dəmiryol Poliklinikasının binası tikinti şirkəti tərəfindən sökülüb
Ölkə13:17 08.02.2018

Bakı Dəmiryol Poliklinikasının binası tikinti şirkəti tərəfindən sökülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov 140 ünvanında yerləşən 1 saylı Bakı Dəmiryol Poliklinikasının binası tikinti şirkəti tərəfindən sökülüb.
Qaynarinfo xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "Sputnik Azərbaycan"-a açıqlamasında faktı təsdiqləyib.
Qurumun sözçüsü bildirib ki, ərazidə olan binalar istismar müddətini keçdiyi üçün plana düşüb: "1 saylı poliklinikanın binası da köhnə idi. Hazırda poliklinika yaxınlıqdakı yeni tikilmiş binaya köçürülür. Proses başa çatdıqdan sonra əlavə məlumat veriləcək".